Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakinləri yolların yararsız vəziyyətdə olmasından narazıdırlar. Onlar yolun uzun müddətdir təmir olunmadığını deyirlər. Bu haqda Xəzər Xəbər reportaj hazırlayıb.
Məlik Aslanov küçəsi, döngə 6 adlanan ərazidə yağışlı havada vəziyyət daha da çətinləşir. Əraziyə nə təcili tibbi yardım, nə də ki taksi gələ bilmir.
Sakinlərin sözlərinə görə, onlar öz hesablarına bir neçə dəfə küçəni təmir ediblər, amma yağış yağan kimi yenidən yol xarab olur. Yolun bu vəziyyəti sürücülər üçün də əlavə xərclərə səbəb olur.
Binəqədi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən küçə ilə bağlı aidiyyəti quruma müraciət ünvanlanıb, ərazinin təmiri dövlət proqramı əsasında aparılacaq.