Binəqədi rayonunda məktəbə aparan yol pis vəziyyətdədir. Bu haqda 7 mart tarixində Bakuplus.az-a izləyicidən məlumat daxil olub.
Biləcəri Qəsəbəsi, 314 saylı orta məktəbin arxa çıxışındakı küçə kələ-kötür vəziyyətdədir. Sakinlərin sözlərinə görə, bura tez-tez istifadə olunan yoldur və hər yağışdan sonra yol keçilməz olur.
“Hər gün şagirdlər və valideynlər bu yoldan istifadə edirlər. Aidiyyəti qurumlardan 100 metr uzunluğu olan bu yola asfalt örtüyünün çəkilməsini xahiş edirik”, - Bakuplus.az-ın izləyicisi bildirib.
[caption id="attachment_35938" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]