Xəzər rayonu, Binə qəsəbəsində küçələri su basıb. Bu haqda 28 yanvar tarixində Bakuplus.az-a məlumat daxil olub.
Qəsəbənin Bakavtomat yolu adlanan ərazisinin böyük bir hissəsini su basıb. Bu ərazidə kanalizasiya olmadığından, aramsız yağışlardan sonra ortaya bu mənzərə çıxıb. Sakinlərin sözlərinə görə, avtomobillərə minməkdə və yol boyu avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bununla yanaşı yolu keçmək istəyən piyadalar da bu vəziyyətdən problem yaşayırlar.
Həmin mənzərə 326 nömrəli tam orta məktəbin qarşısında da müşahidə olunur.