Bakı Mühəndisik Universitetinin tələbələri “Cansat Azərbaycan 2020” müsabiqəsində qalib gəliblər. Bu haqda Azərforum.az xəbər verib.
Müsabiqə “Azərkosmos” ASC-nin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Universitetin “Rodimus” komandası “CanSat Azərbaycan 2020” model peyk müsabiqəsində yüksək nəticə ilə 6 universitetlə birlikdə növbəti mərhələyə buraxılıb.
Müsabiqənin şərtlərinə əsasən, komandalar kiçik peyk modeli hazırlamalı, daha sonra model, müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, təyin olunmuş missiyasını yerinə yetirməli idi.