Bank BTB özünəməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə yardım edib. Bu haqda Qafqazinfo.az xəbər verib.
Bank əhalinin həssas qruplarından daha 5 ailəni lazımi avadanlıqlarla təmin edərək yeni biznes qurmalarına kömək edib.
Onlardan 1-i kiçik dərzi sexi, 1-i musiqi fəaliyyəti, 1-i broyler inkubatoru biznesi və 2-si telefon təmiri ilə məşğul olan şəxslərdir. Bu şəxslərdən biri də paytaxtın Sabunçu rayon sakini Pənahov Vüqar Şirməmməd oğludur.
Proqramdan yararlananlar övladı fiziki məhdudiyyətli olan ailə və aztəminatlı şəxslərdir.
Dəstək proqramı çərçivəsində ümumilikdə regionlarda və Bakıda yaşayan 40 ailəyə dəstək olunub.