top
Bu gün ümummilli lider Heydər Əliyevin 99 illiyidir
09 may 2022, 22:00
- ↺ +

Bu gün ümummilli lider Heydər Əliyevin 99 illiyidir

Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.

Əliyev 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib. O, 1957-ci ildə indiki Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Heydər Əliyev 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə başlayıb. O, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. Əliyev 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunub. Həmin il ona general-mayor rütbəsi verilib.

14 iyul 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. O, həmçinin Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub, 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini də icra edib. Bu vəzifədə işləyərkən o, SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib. O, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 3 oktyabr 1993-cü ildə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. 11 oktyabr 1998-ci ildə Əliyev növbəti dəfə Respublikanın Prezidenti seçilib.

15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində Heydər Əliyev səhhəti ilə bağlı namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

12 dekabr 2003-cü ildə ümummilli lider Heydər Əliyev ABŞ-da, Klivlend klinikasında vəfat edib. O, 15 dekabrda Bakıda, Birinci Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Bu gün, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Dünən, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
01 oktyabr 2026, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
01 oktyabr 2026, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
01 oktyabr 2026, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
01 oktyabr 2026, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Oxşar xəbərlər