Bu gün, 28 dekabr tarixində Azərbaycanda “Vəkil günü” qeyd olunur. Bununla əlaqədar Vəkillər Kollegiyasının rəhbər və üzvləri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Bu haqda Oxu.az məlumat verib.
Ziyarətçilər Heydər Əliyevin məzarı önünə əklil və güllər, həmçinin akademik Zərifə Əliyevanın məzarına da güllər düzüblər.
Bu il Azərbaycanda vəkilliyin yaranmasının 102 illiyi tamam olur. Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu il dekabrın 28-də Vəkilləri və Vəkillər Kollegiyasını müstəqil və özünüidarəetmə institutu kimi tanıyan “Vəkillər və Vəkillər Kollegiyası haqqında” Qanun qəbul edildi. O vaxtdan dekabrın 28-də ölkəmizdə Hüquqşünaslar Günü qeyd olunur.