top
“Bu əslində təhlükənin qarşısını almaq üçün, bir ananın həyacanı doğan tənbehdir”, - şagirdləri döyən direktordan müsahibə alınıb
17 yanvar 2022, 03:15
- ↺ +

“Bu əslində təhlükənin qarşısını almaq üçün, bir ananın həyacanı doğan tənbehdir”, - şagirdləri döyən direktordan müsahibə alınıb

Ötən həftə Bakıda 9 saylı məktəbin şagirdinə əl qaldıran məktəb direktorunun hərəkəti böyük rezonans doğurub. İTV onun bu addımı atmasına nəyin səbəb olduğunu anlamaq üçün 40 ildən artıq pedaqoji və 15 illik təcrübəyə malik məktəb direktoru Zinyət Əhmədovadan müsahibə alıb.

“Sosial şəbəkələrdə yayılan bu görüntü məsələin mahiyyətini tamamilə açmır. Bu əslində təhlükənin qarşısını almaq üçün, bir ananın həyacanı doğan tənbehdir. Dərsdən qaçmaq üçün pəncərəyə qalxan, özünü tullamaq həddinə çatan bir şagirdi görən zaman özümü məktəb direktoru yox, təlaşlı ana kimi apararaq bu məsələyə reaksiya verdim. Bəlkə də, soyuq başına, bu məsələni bu gün təhlil etsəydim, bunun daha effektiv daha optimal yolu ilə həll edərdim”, - Zinyət Əhmədova bildirib.

Psixoloq Fərqanə Mehmanqızının fikrincə, cəmiyyət məktəbdəki problemlərə çox az diqqət yetirir. Problem direktorda və ya valideyndə ola bilər, ancaq uşaqda deyil. Çünki uşaq ailə mühitində böyüyür.

“Valideynlər və Müəllimlər Assosiasiyasının” icraçı direktoru Şahin Rəcəbov hesab edir ki, məktəblə valideynlər arasında müqavilə bağlanmalıdır. Bu halda uşağın, valideynlərin və müəllimlərin davranış qaydaları ciddi şəkildə müəyyən ediləcəkdir. Qaydaların pozulması cərimə ilə cəzalandırılacaq ki, bu da belə halların sayını azaldacaq.

11 yanvar tarixində Bakıda şagirdləri döyən məktəb direktoru Zinyət Əhmədovaya töhmət verilmişdir.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər