top
DİN qaçırıldığı deyilən 14 yaşlı qızdan izahat alıb
10 dekabr 2021, 07:00
- ↺ +

DİN qaçırıldığı deyilən 14 yaşlı qızdan izahat alıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bu gün, 10 dekabr tarixində qaçırıldığı deyilən 14 yaşlı qız barəsində məlumat paylaşıb. 

“Şirvan şəhər sakini Tamella Mustafayeva 14 yaşlı nəvəsi A.A-nın narkotik istifadəçisi olan anası tərəfindən zorla Bakı şəhərinə aparılması, atalığı tərəfindən döyülməsi və polis tərəfindən şikayətə baxılmaması ilə bağlı sosial şəbəkələrdə iddialar səsləndirib”, - Elşad Hacıyevin paylaşımında qeyd olunub.

Hacıyev bildirib ki, hadisə ilə bağlı araşdırma tədbirləri görülüb, iddiaların təfərrüatı yoxlanılıb. Araşdırma zamanı məlum olub ki, nənə əsəb-nevroloji xəstəlikdən əziyyət çəkir və müvafiq səhiyyə orqanlarında rəsmi qeydiyyatdadır. Qızın atalığı tərəfindən döyülməsi, ananın narkotik istifadəçisi olması ilə bağlı iddialar isə öz sübutunu tapmayıb.

Yeniyetmə qız polis bölməsində anasının iştirakı ilə izahatı verib. Zorakılığa məruz qalmadığını, atalığını iki il müddətdən artıq olar ki görmədiyini bildirib. Hal-hazırda ana və qız Şirvan şəhərinə qayıdıblar.

“Bu gün yenidən ailə ilə əlaqə saxlanılıb, onları narahat edən hansısa neqativ halın olmadığını bildiriblər”, - DİN-nin nümayəndəsi qeyd edib.

Daha öncə, Şirvan rayon sakini Tamella Mustafayeva sosial şəbəkələrdə qızının narkoman olduğunu iddia edib. O bildirir ki, onun 14 yaşlı nəvəsi qızı və tanışları tərəfindən evdən oğurlanıb. Mustafayevanın sözlərinə görə, bu şəxslər yeniyetmə üçün 5 min manat almaq istəyiblər.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
03 oktyabr 2026, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
03 oktyabr 2026, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
03 oktyabr 2026, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
03 oktyabr 2026, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
03 oktyabr 2026, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
03 oktyabr 2026, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
03 oktyabr 2026, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Oxşar xəbərlər