AFFA Daun sindromlu uşaqlar üçün tədbir təşkil edib. Bu haqda bu gün, 24 dekabr tarixində qurumun mətbuat xidməti məlumat yayıb.
Bakı Olimpiya Stadionunda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, veteran futbolçu Cavid Hüseynov, “Zirə” klubunun üzvü Ruslan Abışov, “Sumqayıt” FK-nın qapıçısı Aydın Bayramov və qadınlardan ibarət Azərbaycan U-17 millisinin məşqçisi Kader Alimova Yeni il münasibətilə azyaşlı azarkeşləri təbrik ediblər.
Uşaqlar stadionun paltardəyişmə otağında olublar, daha sonra isə başqa otaqda yerləşən yolka ətrafında toplaşıblar. Azyaşlılara üzərində adları olan Azərbaycan millisinin futbolkaları və digər hədiyyələr təqdim olunub.
[URIS id=21600]