“Davam” İdman Klubunun təşəbbüsü ilə peşəkar döyüşçü Tünzalə İmanlının gənclər ilə görüşü baş tutacaq. Bu haqda 22 fevral tarixində davamgenclerherekati məlumat verib.
23 fevral tarixində saat 16:00-da “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində peşəkar MMA döyüşçüsü Tünzalə İmanlı ilə görüş təşkil olunacaq.
Tünzalə İmanlı MMA döyüş karyerasından əvvəl qol güləşi ilə məşğul olub.
Görüşdə iştirak etmək üçün +994774112233 nömrəsi ilə əlaqə saxlayıb, əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.