top
Divarlara sığmayan əsərlərin sahibi - Vüsalə Ağaraziyeva
14 yanvar 2022, 00:20
- +

Divarlara sığmayan əsərlərin sahibi - Vüsalə Ağaraziyeva

Son illər müasir gənc rəssamlar Azərbaycanın mədəni ictimaiyyətində görkəmli yerləri tutur və tez-tez beynəlxalq arenaya çıxır. Onların sənəti getdikcə daha çox sosial gündəmlə əlaqələndirilir. Beləliklə, sənətkarlar öz izləyicilərinə daha yaxın olurlar.

Bu cür istedadlardan biri də “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğundakı bina divarlarının birində Xarı Bülbülün görüntüsünü əks etdirən “Sevgi diyarı” əsərinin müəllifi Vüsalə Ağaraziyevadır.

Bakuplus.az komandası oxucuları üçün Vüsalə xanımla qısa söhbət apardı. Müharibə dövründə “Qoşa Qala”nın yanındakı divarda Dövlət bayrağının üçölçülü rəsmini çəkən, Bəşir Səfəroğlu küçəsində 150 qapıda gördüyümüz əvəzolunmaz rəsmlərin müəllifi ilə müsahibəni sizə təqdim edirik.

[caption id="attachment_29589" align="alignnone" width="800"]Foto Bakuplus.az Foto Bakuplus.az[/caption]

 Vüsalə Ağaraziyeva kimdir?


  • Yaşatmağa çalışan, həvəslə yaşayan rəssam.


Əsərləri Daşqın Bayramov və Ağayar Bayrışov ilə reallaşdırırsınız. Divarlarda rəsm çəkməyə nə zamandan başlamısınız?

  • 2017-ci ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin elan etdiyi tenderdə qalib gələrək ilk dəfə divar üzrə üçölçülü (3D) monumental rəsmi yaratmışam. Həmin layihəyə gözəl rəssamlar Daşqın Bayramov və Ağayar Bayrışovu cəlb etdim və çox şadam ki, bununla bugünə kimi çalışan komanda yarandı.


“Sevgi diyarı” rəsminin ideyası haradan yaranıb?

  • Uşaq olduğum vaxtdan yaddaşıma xarıbülbülün zərif sevgi əfsanəsi həkk olunub. Həm də evdə Qarabağ haqda danışanda, bu xüsusi növ çiçəyin yalnız bizim torpağa xas olduğu fakt məndə qürur hissi doğururdu və indiyədək məni ilhamlandırır. 2018-ci ildə xarıbülbül ölkədə indiki kimi populyar xarakter daşımırdı, amma həmin il mən “Sevgi diyarı” rəsminin eskizini hazır etdim. Yalnız 2021-ci ildə "İçərişəhər"in dəstəyi sayəsində layihə həyata keçdi.


Rəsmi divarda həkk etməyi İçərişəhər administrasiyası sizə təklif edib, yoxsa öz təşəbbüsünüzdür?

  • Ümumiyyətlə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi incəsənətə, o cümlədən, divar rəsmlərinə önəm verən qurumdur. Məhz buna görə həmin məkanda mənim artıq 6 divar rəsmim mövcuddur. Həmçinin 2020-ci ilin oktyabrında Vətən müharibəsi zamanı böyük bir istəyim - "Qoşa Qala"nın yanındakı divarın üzərində Dövlət bayrağımızın üçölçülü təsvirini yaratmaq - həyata keçdi.


Hansı digər ərazilərdə rəsmləriniz göz oxşayır?

  • Rəsm işlərimi həm regionlarda, həm də şəhərin mərkəzi binalarında görmək olar. Məsələn, Həzi Aslanov, Bəşir Səfəroğlu küçələrində 150 qapı üzrə rəsm, “Café city” restoranında miniatür, “Isr Plaza”-nın yanı və arxa küçələrində, Axundov bağında, məktəblər üzərində, ADA Universitetinin ərazisində divar rəsmləri.


 “Sevgi diyarı”"Fairy tale" əsərləri sizin nə qədər vaxtınızı alıb?

  • “Sevgi diyarı” 2 həftə, "Fairy tale" isə 7-10 gün ərzində işlənilib.


Prosesi qısa olaraq danışa bilərsiniz?

  • Birinci növbədə hər şeyin əsasında ideya və mövzu durur, sonra yerləşəcək məkanı nəzərə alaraq eskiz yaradılır. Nəhayət, divar üzrə iş başlayır – kompozisiya qurulur və ona həyat gətirən rənglər və detallar üzrə xırda işləmələr çalışılır.


Bildiyimiz qədərilə keramika və taxtalar ilə də əsərlər yaradırsınız. Hansı layihələriniz var?

  • Keramika üzrə ən böyük yaradıcı işim “Düymə” olub, sərgi zamanı 2015-ci ildə şəxsi kolleksiya üçün əldə olunub. Ağacla isə ilk dəfə 2017-ci ildə işlədim və “The origin” kompozisiyasını təqdim edərək, Cartier zərgərlik evinın müsabiqəsində qalib oldum. 2020-ci ildə isə “Gazelli Art House” qalereyasının “Evə qayıdış yolu” xeyriyyə sərgisi üçün metal və ağacdan hazırladığım "We are one” (“Biz birik”) kompozisiyasını təqdim etdim. Kompozisiyada Azərbaycanın azad edilmiş yeddi bölgəsinin və Dağlıq Qarabağın ərazi xəritələrini fərqli naxış və rənglərlə təsvir etmişdim. Onların hər birinin fərdi gözəlliyini və əhəmiyyətini vurğulayaraq, vahid ərazi və birlik konsepsiyasını işin adında və quruluşunda göstərməyə calışdım. İşin satışından əldə olunan gəlir isə bütövlüklə İkinci Qarabağ müharibəsində şəhid ailələrinə ianə edilmişdir. Sonuncu işim Handicraft Bakı ilə birgə olan layihə çərçivəsində 2021-ci ildə yaratdığım “Qala” etno şahmat oldu.


Divarlarda gələcəkdə hansı layihələri reallaşdırmaq istərdiniz?

  • İstəklər müxtəlifdir, amma yaxın gələcəklə planlarım daha çox regionlarla bağlıdır. Məqsədim isə incəsənət sahəsinin orada inkişafına köməklik etmək, həm yerli əhali üçün zövq və rəngarənglik yaratmaq, həm də turistlərin marağını doğurmaqdır. Konsepsiya baxımından isə alışdığımız mövzulara və üslublara bir qədər müasirlik və yenilik qatmaq istərdim. Əminəm ki, yaxın zamanlarda həmin layihələr həyata keçəcəkdir.


Gənc rəssamlara məsləhətiniz nədir?

  • Ümumiyyətlə, məsləhət vermək mənə xas deyil. Amma deyə bilərəm ki, sevdiyimiz işlə məşğul olmaq vacibdir. Seçdiyimiz sahədə hər zaman araşdırmalar aparmaq, həmkarlarla əməkdaşlıq etmək, təmbəllik etmədən çalışmaq, fikrimcə çox faydalıdır. Əslində, mən həyatı o qədər də qəliz qəbul etmirəm, sadəcə onu sevirəm və yaşayıb yaratmağa çalışıram.


 

Son xəbərlər

Xəbər
Bu gün, 17:57

Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı

Xəbər
Bu gün, 17:26

13 yaşında Tibb İnstitutuna qəbul olunan, ABŞ-da məşhur bakılı neyrocərrah

Xəbər
Bu gün, 16:48

Arvadını kirayə puluna görə döyən ər məhkəməlik oldu

Xəbər
Bu gün, 16:38

Tanınmış cərrah hoteldə tutuldu - 9 il həbs verildi

Xəbər
Bu gün, 16:00

Bilgəh və Pirşağıda xarabalığa çevrilən uşaq düşərgələri - FOTOREPORTAJ

Xəbər
Bu gün, 15:26

Dilimizi yenə qurban veririk?

Xəbər
Bu gün, 14:21

MİDA-nın sisteminə müdaxilə edənlərdən biri tələbə imiş

Xəbər
Bu gün, 13:39

Masazırda 30 sot torpaq qalmaqalı: Eyni ərazi iki nəfərə satılıb? - ŞİKAYƏT

Xəbər
Bu gün, 13:21

Sabahdan bu ərazilərdə qaz olmayacaq

Xəbər
Bu gün, 12:49

Taksidə tapdığı telefonla 5 min manatdan çox pul ələ keçirdi

Xəbər
Bu gün, 12:39

Şəhərin mərkəzində küçədən meyit tapıldı

Xəbər
Bu gün, 12:07

Abşeronda FACİƏ: 3 aylıq körpə boğulub öldü

Xəbər
Bu gün, 11:37

"Dədə Qorqud"un Yalıncığının doğum günüdür

Xəbər
Bu gün, 10:44

Bakıda marketin liftinin fəaliyyəti dayandırıldı

Xəbər
Bu gün, 10:25

DİM: Keçid ballarında böyük dəyişiklik gözlənilmir

Xəbər
Bu gün, 10:07

Qabiliyyət imtahanlarının nəticəsi bu tarixdə BİLİNƏCƏK

Xəbər
Bu gün, 09:35

Bakının bu ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Azərbaycanda bu şəxslərin maaşı artırılacaq

Xəbər
Dünən, 17:30

Müəllimlərin imtahanında 5 sual səhv çıxdı

Xəbər
Dünən, 17:00

Sabah çimərliklərdə hava necə olacaq?

Xəbər
Dünən, 17:00

Azərbaycan dili imtahanında ən yüksək nəticə göstərən Bakı məktəbləri - SİYAHI

Xəbər
Dünən, 16:30

Botoks elətdirən bloqerin qolu işləmir, yata bilmir - VİDEO

Xəbər
Dünən, 16:00

Bakıda fəhlə "TikTok"da xanımlara jeton göndərmək üçün 7300 ABŞ dolları oğurladı

Xəbər
Dünən, 15:29

Bakılı görkəmli bəstəkarın doğum günüdür

Oxşar xəbərlər