12 dekabrda Binəqədi Gənclər Evində "Dizayn və sən" təlimi keçiriləcək. Bu haqda 8 dekabr tarixində Binəqədi Gənclər Evi xəbər verib.
“Könüllülük Akademiyası 5" layihəsi çərçivəsində keçiriləcək təlim dizayner Nicat Mehdinin təqdimatında baş tutacaq. Təlim zamanı qrafik dizayn (animasiya) sahəsində, rəng nəzəriyyəsi, topoqrafiya haqqında məlumat veriləcək.
Təlim 12 dekabr saat 12:00-da Binəqədi Gənclər Evində həyata keçiriləcək. İştirak etmək istəyən şəxslər (012) 561 92 02 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilər.