Bakı və Abşeron rayonunda DOST Agentliyinin səyyar xidmətləri fəaliyyətə başlayır. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Bu gündən etibarən vətəndaşlar onlayn şəkildə http://dost.gov.az/seyyar-dost.php saytından, Çağrı Mərkəzinə və ya DOST Mərkəzlərinə birbaşa zəng edərək öncədən səyyar DOST xidmətini sifariş edə bilərlər.
Beləliklə sifarişçilər Mərkəzdən kənarda xidmət oluna biləcəklər. Paytaxt və ətraf ərazilərdə başlayan layihə daha sonra regionlarda da təşkil olunacaq.