Bakıda DOST könüllüləri autizm xəstələri ilə görüşüb. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az DOST Agentliyinə istinadən məlumat verir.
Autizm Mərkəzində təşkil olunan infoturda Autizm spektr pozuntulu gənclərlə məntiqi oyunlar oynanılıb, incəsənət üzrə master-klaslar və musiqi fasilələri keçirilib.
Ən sonda könüllülər tərəfindən "Birgə və Sağlam" İctimai Birliyinə simvolik hədiyyələr təqdim edilib.