DSX-nın qəzaya uğrayan helikopterində şəhid olan polkovnik Emil Nəzirovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin fonduna verilib. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Müəssisənin icraçı direktoru Fərhad Cabbarov məsələ ilə bağlı keçirilən tədbirdə çıxış edib, ailə üzvlərinə təşəkkürünü bildirib. Daha sonra Emil Nəzirovun həyat yolu ilə bağlı məlumatlar səsləndirilib, videoçarx nümayiş olunub.
2020-ci il oktyabrın sonlarında muzeydə yaradılan Vətən Müharibəsi Fonduna qısa zamanda 2 mindən çox material toplanıb. 2021-ci ilin mart ayında fondun “Anadır arzulara, hər zaman Qarabağ” adlı sərgisi təşkil olunub.