3 fevral tarixində Türkiyənin məşhur aktyoru Bakıya gələcək. Bu haqda Report xəbər verib.
“Eşkiya dünyaya hükümdar olmaz”ın İlyası rolunda çıxış edən Ozan Akbaba “Anka” filminin Bakıdakı təqdimat mərasimində iştirak edəcək.
Nümayişdə filmin baş rolunun ifaçısı Ozan Akbaba və digər aktyorlar da iştirak edəcək. Filmin qala gecəsinə biletlər artıq satışa çıxarılıb.
Filmin prodüseri həmyerlimiz Müşviq Quluzadədir.