Bu gün, martın 1-də “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası açılır. Bu haqda Bakuplus.az məlumat verir. Ənənəvi xeyriyyə yarmarkası Nargis Fund tərəfindən təşkil olunur.
Fəvvarələr meydanında yerləşən xeyriyyə yarmarkası aprelin 10-dək hər gün saat 11:00-dan 23:00-dək keçiriləcək.
Ziyarətçiləri ləzzətli yeməklər, suvenirlər, hədiyyələr, oyunlar və müxtəlif sürprizlər gözləyir.
Əldə olunan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi və əməliyyatlarına xərclənəcək. Yarmarka bitdikdən sonra Nargis Fondu ətraflı hesabat verəcək.