FHN-nin Akademiyasına ekskursiyalar təşkil olunub. Bu haqda 1 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bakının 65, 85, 101, 154, 280 nömrəli məktəblərinin yuxarı sinif şagirdləri üçün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ekskursiyalar keçirilib.
Ekskursiya zamanı şagirdlərə Akademiyanın yaranma tarixi, inkişafı və fəaliyyəti barədə məlumat verilib. Bundan əlavə, şagirdlər Akademiyanın Muzeyi, fənn kabinetləri, laboratoriyalar, Akademiyanın kitabxanası ilə tanış olublar.
Ekskursiyalar zamanı şagirdlər Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Sonda isə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.