Bakıda “Firuzə” restoranı cərimələnib. Bu haqda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı restoranlarında keçirilən monitorinqlər zamanı Səbail rayonu, T. Əliyarbəyov küçəsi 14 ünvanında yerləşən “Firuzə” restoranında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Keçirilən nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 416 ictimai iaşə obyektində 741 monitorinq keçirib.