G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbi növbəti uğura imza atıb. Bu haqda bu gün, 22 fevral tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
ABŞ-da keçirilən "American edition" adlı Beynəlxalq Müsabiqədə G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə X sinif şagirdi Lalə Piriyeva “İnstrumental” nominasiyasında 16-19 yaş qrupu üzrə I yerə çıxıb və “Diplom”la təltif olunub. Həmçinin onun müəllimi Elmira Allahverdiyevaya “Professor” sertifikatı təqdim olunub.
Bundan əvvəl, məktəbin digər şagirdi Parisdə keçirilən "Nouvelles Etoiles" adlı Beynəlxalq Müsabiqədə iştirak edərək “Diplom”la təltif edilmişdir.