Gənclərin İnkişaf və Karyera Mərkəzinin 50 nümayəndəliyində "Gənc kadr" təcrübə proqramına start verilir.
Layihə iş həyatında öz yerini tutmaq və gənclərlə iş sahəsində təcrübə qazanmaq istəyənlər üçün təşkil olunub.
14-29 yaş arası gənclər 4 istiqamət üzrə:
- İctimaiyyətlə əlaqələr və sosial media işinin təşkili
- Tədbirlər və layihələr işinin təşkili
- Təlim-tədris işinin təşkili
- Könüllülərlə işin təşkili üzrə 3 aylıq proqrama müraciət edə bilərlər.
Təcrübə proqramına müraciət edən şəxslər:
- Nümayəndəliklərdə çalışan mütəxəssislər tərəfindən işin dərinliklərini öyrənmə
- Mütəmadi təlim proqramlarında və layihələrdə iştirak etmə
- Gənclərlə daim ünsiyyətdə olub, gənclərlə iş sahəsi üzrə təcrübə şansını qazanacaq.
Təcrübə proqramında iştirak üçün
qeydiyyatdan keçmək mütləqdir.
Son müraciət tarixi 11 noyabrdır.
Təcrübə proqramını uğurla tamamlayan gənclər sonda sertifikatla təltif ediləcək.