Suraxanı rayonu, Hövsan kənd sakinləri yollardan şikayət edirlər. Bu haqda 5 mart tarixində SpaceTV xəbər verib.
Kənd sakinlərinə problem yaradan yollar artıq bataqlığa çevrilib. Sakinlərin sözlərinə görə, Hövsan kəndinin Zeytun sovxozu adlanan ərazisində 1995-ci ildən yollar bir dəfə belə olsun təmir olunmayıb.
“Hövsanda nasaz yolların sayı çoxdur. Lakin ən pisi məktəb yolu adlanan bu yoldur ki, hər gün şagird və valideynlər bu yoldan istifadə edir. Valideynlər uşaqlarının bu yol ilə məktəbə getməsini istəmirlər”, - deyə kənd sakini şikayətini bildirib.
“Məhəllədaxili yolların asfaltlanması işləri planlı şəkildə aprel ayından sonra başlanılacaqdır. 10 gün bundan qabaq Avtomobil yolları ASC-nin Suraxanı rayonu Yol İstismar idarəsi tərəfindən mühəndis həmin ərazilərə baxış keçirilib”, - Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov açıqlama verib.