Bu gün, 21 yanvar tarixində Səbail Rayon Məhkəməsi Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələməkdə təqsirləndirilən şəxslər barəsində hökm çıxarıb. Bu haqda APA məlumat verib.
Heykəli zədələyən 31 yaşlı Vüqar Tağızadə və 26 yaşlı Allahverdi Məmmədli sərbəst buraxılıblar.
Hər iki şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Daha öncə onlara qarşı Xuliqanlıq və Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya zədələmə maddələri ilə cinayət işi başlanılıb.
Hadisə Səbail rayonunda baş vermişdir. Təqsirləndirilən şəxslər Hacı Zeynalabdin Tağıyevin yenicə açılışı olmuş heykəlinə ziyan vurmuşdurlar.
Heykəlin qoparılmış elementi heykəltəraşın iştirakı ilə bərpa edilmişdir.