Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərinə kitablar hədiyyə edib. Bu haqda 18 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Heydər Əliyev Fondu Bakıdakı bir sıra uşaq evləri, internat məktəbləri və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial xidmət müəssisələrinə kitablar hədiyyə edib. Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Azərbaycan, türk, rus və ingilis dillərində çap olunmuş, uşaqlar üçün nəzərdə tutulmuş şeirlər, hekayələr, tapmacalar, ensiklopediyalar və digər mövzularda ümumilikdə 2000-dən çox kitab paylayıblar.
Aksiya Xəzər Gənclər Evində uşaq və yeniyetmələr üçün Novruz bayramına həsr olunan proqram ilə davam edib.
[URIS id=37503]