Heydər Əliyev Mərkəzində Xocalı soyqırımına aid kitab və internet-portal təqdim olunub. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az AZƏRTAC-a istinadən xəbər verir.
“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində hazırlanan “Xocalı 30 il: bir soyqırımın tarixi” kitabı və 4 dildə hazırlanmış “Xocalı bu gün” (www.khojalytoday.com) portalında Xocalının coğrafiyası və tarixi, eləcə də soyqırımın təfərrüatları, şahidlərin ifadələri və sağ qalan xocalıların həyat hekayəsi əks olunub.
Təqdimatda bir sıra elm adamı və rəsmi qurumların nümayəndələri çıxış ediblər.
[URIS id=35032]