Bu gün Heydər Əliyev Sarayında “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində “Axın” sərgisinin açılşı olub. Bu haqda BakuPlus.az Azərtac-a istinadən xəbər verir.
Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə baş tutub.
Açılış mərasimində sarayın direktoru, Əməkdar artist Ramil Qasımov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, sənətşünas, professor Ziyadxan Əliyev çıxış ediblər.
Sərginin ekspozisiyasında 40-a yaxın gənc rəssamın əsərləri sərgilənir.
[URIS id=31996]