“Odlar Yurdu” Gənclər İctimai Birliyi şəhid ailələrindən olan gənc qadınların işlə təmin olunmasına dəstək layihəsi başlayır. Bu haqda 13 noyabr tarixində AZƏRTAC xəbər verib.
Layihə qadınların seçdikləri sahə üzrə bilik və bacarıqlarını artırmaq, onlara peşə hazırlığı və ustad dərsləri keçmək, onları müxtəlif şirkət və təşkilatlarda mövcud təcrübə proqramlarına cəlb etməkdir. Layihəni uğurla başa vuran qadınların işlə təmin olunmasını və mentorluq nəzərdə tutulub. Bu istiqamətdə müxtəlif özəl şirkət və təşkilatlarla tərəfdaşlıq əlaqələri qurulur.
Layihəyə tərəfdaş olmaq istəyən şirkət və təşkilatlar https://forms.gle/ZjH3vJ32uX4Xscfe7 linkindən qeydiyyatdan keçə bilərlər.
Layihədə iştirak etmək üçün müraciət etmək istəyən şəhid ailələrinin üzvləri aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər: https://forms.gle/QWWV32LzQ9kaeSHB7.
Müraciət üçün son tarix 30 noyabrdır.