Bakıda uşaqlara həsr olunmuş “Yeni İl arzuları” layihəsi start götürüb. Bu haqda 4 dekabr tarixində asanvolunteers məlumat verib.
Hilton Otel və “ASAN Məktub”un təşəbbüsü ilə Hilton Otelində “arzular” şam ağacı quraşdırılıb. Məlumata əsasən, 3-14 yaş arası uşaqlar öz arzularını məktuba yazaraq şam ağacının üzərinə asacaqlar. Vətandaşlar Hilton otelə yaxınlaşaraq həmin məktublarla tanış ola və uşaqların arzularını həyata keçirməkdə köməklik göstərə bilərlər.