top
İnsanların pulunu sümürən OYUN: “Texnologiya və psixologiyanın birləşməsi ilə hazırlanır”
09 yanvar 2025, 07:00
- ↺ +

İnsanların pulunu sümürən OYUN: “Texnologiya və psixologiyanın birləşməsi ilə hazırlanır”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Texnologiyanın sürətlə inkişaf etdiyi, hər kəsin həyatına inteqrasiya olunduğu bir dövrdə internetdən istifadə etməyən yoxdur. Kimisi məlumat əldə etmək, kimisi zamanını keçirmək üçün internetdən istifadə edir.

Kimisi isə varlanmaq üçün...

Bu gün həm axtarış sistemlərində, həm də sosial şəbəkələrdə “pul qazandıran oyunlar” adı ilə reklamlar tirajlanır. Bu reklamların mahiyyətini anlamadan bir çox insan tələyə düşür. İlk başlarda insanlara pul qazandıraraq özünə çəkir, ardınca uduzduraraq müflis edir.

Maraqlıdır, bu oyunlar necə hazırlanır? İnsanları hansı təkliflə özünə çəkir?

Bununla bağlı Bakuplus.az-a açıqlama verən texnoloq Elvin Həsənov deyib ki, bu tip oyunlar texnologiya və psixologiyanın mükəmməl birləşməsi ilə hazırlanır və istifadəçilərin zəif tərəflərindən istifadə edərək asılılıq yaradır:

“Belə oyunların hazırlanmasında müasir proqramlaşdırma dilləri, maşın öyrənməsi və data analitikası kimi alətlərdən istifadə olunur. Qumar platformaları istifadəçi davranışını izləmək üçün analitik alətlərdən geniş şəkildə yararlanır. Bu sistemlər vasitəsilə istifadəçinin oyun təcrübəsi, xərcləmə meylləri, oyun zamanı sərf etdiyi vaxt və digər məlumatlar toplanır. Daha sonra bu məlumatlar əsasında istifadəçiyə fərdi təkliflər göndərilir. Məsələn, əgər bir istifadəçi kiçik məbləğdə pullar yatıraraq ard-arda oyun oynayırsa və qazanırsa, sistem onu daha böyük məbləğlərlə oyunda iştirak etməyə təşviq edə bilər. Burada istifadə edilən alqoritmlər istifadəçinin emosional vəziyyətini təxmin edərək “qazanc” illüziyasını yaradır. Qumar oyunları əsasən insanların qərar qəbul etmə prosesində yaranan zəifliklərdən istifadə edir. Əsas təsir mexanizmlərindən biri “təxmin edilə bilən mükafat sistemi”dir. Bu, istifadəçilərdə xoşbəxtlik və həyəcan yaradır və onları daha çox oynamağa təşviq edir. Daha sonra isə itkilər artır, lakin istifadəçilər bu itkiləri bərpa etmək ümidi ilə oyun oynamağa davam edirlər.

Ümumiyyətcə bu oyunların təbliğat mexanizmləri də çox təsirlidir. İlk addımda istifadəçilərə pulsuz oyun və ya bonus məbləğlər təklif edilir. Məqsəd insanları platformaya cəlb etmək və onlara ilkin mərhələdə pul qazandıraraq asılılıq yaratmaqdır. Reklamlarda isə böyük qazancların mümkün olduğu vurğulanır. Eyni zamanda, oyunların qrafikası, səsləri və istifadəçi interfeysi xüsusi olaraq hazırlanır ki, istifadəçiləri cəlb etsin və onların platformada qalma müddətini artırsın. Müasir dizayn prinsipləri istifadəçiləri intuitiv şəkildə yönləndirir və onları tez-tez “tıklamağa” və daha çox iştirak etməyə həvəsləndirir. Nəticədə belə oyunlar texnologiya və psixologiyanın birləşməsindən istifadə edərək çox təsirli bir asılılıq modeli yaradır. Təəssüf ki, bu oyunlar həm maddi itkilərə, həm də ciddi psixoloji problemlərə səbəb olur”.

Bəs bu oyunlara psixoloji aludəlik necə yaranır?

Mövzu ilə bağlı saytımıza açıqlama verən psixoloq Vəfa Rəşidova deyir ki, cəmiyyət içində özünü təsdiq edə bilməyən şəxslər belə oyunlara aludə olur:

“Bu mövzu çox geniş yayılıb. Hətta bu cür aludəliyinə görə müraciət edən pasiyentlər də var. Problem odur ki, bu oyunlara aludə olan insanlarda xarakter formalaşmayıb. Yəni bu oyun hər bir insan üçün var. Ancaq aludə olanlarda iradənin zəifliyindən asılıdır.

Bu gün həmin oyunların reklamları hər bir kəsin qarşısına çıxır. Pul qazanılır, uduzmalar olur, insanlar depressiyaya düşür. Hətta borcunu ödəyib, yenidən oynamağa davam edən şəxslər də var.

Qeyd edim ki, oyunun içində fərqli strukturlar olur. Məsələn, “ailə” strukturu var. “Ailənin” 70 üzvü var, onları bir adam idarə edir. Yəni bu üsullarla insanları şirinikləşdirib, özünə çəkir. Ailədə öz sözünü deyə bilməyən, mənəvi və fiziki şiddət görən, özlərini cəmiyyət içində təsdiq edə bilməyən şəxslər belə oyunların aludəçisi olur”.

Fidan İlqar

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Bu gün, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Oxşar xəbərlər