top
Şirvanşahların Divanxanası: təyinatı bu günə kimi məlum deyil
04 dekabr 2021, 03:45
- ↺ +

Şirvanşahların Divanxanası: təyinatı bu günə kimi məlum deyil

Tikintisi XV əsrə aid edilən Divanxana İçərişəhərdə, Şirvanşahlar sarayının şimal-qərbində yerləşir.

 

Bina qapısının üzərində pozulmuş ərəbcə bir sətirlik kitabə mövcuddur. Arxeoloq Sısoyev həmin kitabədə şirvanşah I Xəlilullahın adını və hicri 832-ci (1428/9) il tarixini oxuduğunu iddia edirdi. Güman edilir ki, bu bina türbə olub. Bəzi mənbələrin məlumatına görə, cənazəsinin qalıqları Səfəvilər tərəfindən qəbirdən çıxarılıb yandırılan Xəlilullah orada dəfn olunub.

 

[Сысоев В. М. Баку прежде и теперь. Баку-1928]

[Aşurbəyli S. Şirvanşahlar dövləti. Bakı-2006]

Azərbaycanın orta əsr memarlığının araşdırıcısı Bretanitski 1956-cı ildə nəşr etdirdiyi kitabda da binanın xatirə tikilisi olduğunu yazmışdır. Onun fikrinə görə, XV əsrin sonlarında şirvanşah Fərrux Yasar özü üçün nəzərdə tutulmuş bu türbəni tikdirmişdir: “... mərkəzi kiçik memorial zalı və onun altında yerləşən yeraltı məbəddən məlum olur ki, qarşımızda memorial tikili var...”. Kitaba əsasən Divanxananın bu təyinatını əsas girişin üstündə yazılmış digər kitabənin məzmunu da təsdiq edir: “Allah dinclik evinə çağırır və istədiyini doğru yola yönəldir. Yaxşı davrananlara yaxşısı və daha üstünü verilir; onların üzlərini nə bir toz, nə də zillət bürüyər. Onlar cənnət əhlidirlər, orada həmişəlik qalacaqlar. Allah doğru buyurur”.

 

[Бретаницкий Л.С. Баку. Ленинград-Москва -1956]

Başqa şayiələrdə kitabənin məzmununa əsasən Divanxana adını “Sudilişe” – məhkəmə yeri kimi qeyd edilir. Versiyaya görə, ədalət əsas zalda həyata keçirilirdi, onun altında isə zindan yerləşirdi. Tamaşaçılar həyətdə yerləşən qalereyalarda məhkəmə prosesini seyr edirdilər. Ölüm hökmü qəbul edildikdən sonra cinayətkar dərhal edam edilirdi və onun başı əsas zalı zindanla birləşdirən dəlikdən göstərilirdi. Zindanı Xəzərlə birləşdirən yeraltı kanallar vasitəsilə cinayətkarın cənazəsi dənizə atılırdı.

 

[Сысоев В. М. Баку прежде и теперь. Баку-1928]

Bəzi tədqiqatçılara görə isə, Divanxananın təyinatı onun adında əks olunmuşdur. Onlara əsasən, sarayın qəbul otaqları burada yerləşirdi, hakimlərin və diplomatların qəbulları üçün divanxananın salonundan istifadə edilirdi. Orada yığcam heyətlə qanunlar və gizli qərarlar qəbul edilirdi.

 

[Aşurbəyli S. Şirvanşahlar dövləti. Bakı-2006]

Divanxana binasının yeraltı hissəsinin Şirvanşahların gizli saxlanc yeri olub, xəzinə üçün nəzərdə tutulması da ehtimal olunur.

 

[Сысоев В. М. Баку прежде и теперь. Баку-1928]

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
03 oktyabr 2026, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
03 oktyabr 2026, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
03 oktyabr 2026, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
03 oktyabr 2026, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
03 oktyabr 2026, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
03 oktyabr 2026, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
03 oktyabr 2026, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Oxşar xəbərlər