Rus estradasının Azərbaycan əsilli müğənnisi Bakıda çıxış edəcək. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az “Zhara” festivalının rəsmi İnstagram səhifəsinə istinadən xəbər verir.
“Jony” ləqəbli Cahid Hüseynli paytaxtda keçiriləcək “Zhara” festivalında iştirak edəcək.
Tədbir 29 iyul 2022-ci il tarixində “Sea Breeze Resort”da keçiriləcək.