Bakı təhsil müəssisələrinin şagirdləri beynəlxalq olimpiadada növbəti uğur qazanıblar. Bu haqda 7 yanvar tarixində Report məlumat verib.
Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin şagirdi Fuad Qarayev və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdi Səid Nəsibov onlayn formatda keçirilən Lütfi Zadə Beynəlxalq Olimpiadasında bürünc medal qazanıblar.
Lütfi Zadə Beynəlxalq Olimpiadasına 18 ölkədən 158 məktəbli qatılıb. Olimpiada iştirakçıları informatika fənni üzrə 7 qızıl, 16 gümüş, 23 bürünc medal, riyaziyyat fənni üzrə isə 5 qızıl, 12 gümüş, 17 bürüc medal qazanıb. Azərbaycan məktəbliləri bu olimpiadada riyaziyyat fənni üzrə 3 qızıl, 2 gümüş, 1 bürünc medal, informatika fənni üzrə isə 4 bürünc medal əldə ediblər.