top
İlan mövsümü açıqdır: özünüzü və yaxınlarınızı necə qoruya bilərsiniz
12 may 2022, 03:40
- ↺ +

İlan mövsümü açıqdır: özünüzü və yaxınlarınızı necə qoruya bilərsiniz

Son zamanlar havanın getdikcə istiləşməsi ilə Bakının mərkəzində vətəndaşların ilan sancması halları daha çox müşahidə olunur.

Belə ki, 3 may tarixində Elmlər Akademiyası ilə Memarlıq və İnşaat Universitetinin həyətində, hətta avtomobillərin belə üzərində ilanlara rast gəlinib.

Daha bir hadisə dünən Dənizkənarı bulvarda qeydə alınıb. Unikal.org -un məlumatına görə, qayalıqlar olan ərazidə bir neçə suilanı lentə alınıb.

Bakuplus.az komandası zəhərli və qeyri-zəhərli ilanları ayırd etmək, özünüzü və ailənizi ilanların təhlükəli təsirindən qorumaq üçün bir neçə qayda ilə tanış edir.

Hansı ilanlardan qaçınmaq lazımdır və onlarla harada qarşılaşa bilərsiniz?

Azərbaycanda ümumilikdə 28 növ ilan var, onlardan altısı zəhərlidir. Ən təhlükəlisi gürzədir. Gürzəyə Azərbaycanın bütün isti və quraq, aran və dağətəyi ərazilərində rast gəlinir. Bakının yaxınlığında ilanları, demək olar ki, hər yerdə görmək mümkündür, onlar hətta kanalizasiya borularından sürünərək çölə çıxır.

Zəhərli gürzəni suilanından necə ayırd etmək olar?

Zəhərli ilanların başının üçbucaqlı, suilanlarınkının isə oval formada olduğu hesab olunur. Lakin Azərbaycanda geniş yayılmış gürzə yalnız hücum zamanı başını sivri formada dəyişir. Abşeronda yayılan gürzəni arxa tərəfdəki ziqzaq naxışı və qısa, "doğranmış" açıq yaşıl quyruğuna görə ayırd edə bilərsiniz. Suilanları sərin, rütubətli yerləri xoşlayır. Bu ilanlar, həmçinin üzə bilirlər. Buna görə də onları Bakı çimərliklərində tez-tez görmək olar. Gürzələr isə əksinə, suyu sevmirlər, quru, boş yerlərə üstünlük verirlər.

İlan sancması ilə nə etmək olar və nə etmək olmaz?

Xəstəxanaya müraciət etməzdən əvvəl aşağıdakı tədbirləri görməlisiniz:


  • Dişləmədən sonra əzanı mümkün qədər az hərəkət etdirin;

  • Dişləmə yerini antiseptik ilə emal edin;

  • Daha çox maye için.


Ehtimal edilən sancmadan sonra yarım saat ərzində tibb müəssisəsinə müraciət etməlisiniz. Klinikada antidot tətbiq etməzdən əvvəl, sizdə hər hansı bir allergiya növünün olub-olmadığını öyrənmək tövsiyə olunur. Azərbaycanda həm paytaxt, həm də rayon xəstəxanaları antidotlarla təmin olunur.

Yaradan qan udmaq, sıx sarğı tətbiq etmək, sancma yerini sürtmək və buz qoymaq olmaz. Xəstəyə qida və alkoqol içkiləri vermək qəti qadağandır. İlan sancmasından sağ qalmaq ehtimalı yüksəkdir, xüsusən də dişləmə ürəkdən uzaqda, ətraflarda olarsa.

Bağınızı ilanlardan necə qorumaq olar?

İlanların eşitmə orqanları olmadığı üçün səsləri eşitmirlər, lakin onlar torpaqdakı vibrasiyaya çox həssasdırlar. Buna görə də torpaq titrəməsinə səbəb olan qovucular ilanları da yaxşı dəf edir.

Sahədə vibrasiyalı qovucu quraşdıraraq gəmiricilərdən xilas olacaqsınız. Onlar isə ilanların əsas qidasıdır. Nəticədə yeməksiz qalan və vibrasiyanın təsirindən narahat olan ilanlar ərazinizi tərk edəcəklər.

Həmçinin ilanları qorxutmaq üçün ərazini herbisidlər və ya selitra ilə emal edə bilərsiniz. Bu maddələr ilanlar üçün xoşagəlməzdir, onlardan uzaq məsafəyə sürünməyə çalışacaqlar. Ancaq bunun üçün bağınızda ilan olmadığından tam əmin olmalısınız.

Bağınızda zəhərli maddələrdən istifadə etməyin, çünki onlar torpaq, ev heyvanları, quşlar və insanlar üçün təhlükəlidir.

 

Son xəbərlər

Xəbər
Bu gün, 11:24

Ərzaq köşkündə yanğın: ölən var

Xəbər
Bu gün, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Dünən, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
01 oktyabr 2026, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
01 oktyabr 2026, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
01 oktyabr 2026, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
01 oktyabr 2026, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Oxşar xəbərlər