“Lider TV"nin sabiq əməkdaşını öldürən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb. Bu haqda 10 yanvar tarixində Report məlumat verib.
Xətai rayonu, Günəşli qəsəbəsində yanvarın 4-də "Lider" Televiziyasın sabiq işçisi Nahidə Həsənova əri tərəfindən qətlə yetirilib. Qətli törədən Orxan Alıyev saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (“Qəsdən adam öldürmə”) maddəsi ilə cinayət işi açılıb.
Bu gün isə, Orxan Alıyevin əməli 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü (“Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə”) maddəsinə tövsif edilib.