Əlixan Rəcəbovun Bakıda “Stand up”ı baş tutacaq. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az “iticket.az”-a istinadən xəbər verir.
Bloger olan, “Lüger”, “Faberje”, “Sonuncu şam yeməyi” kimi qısametrajlı filmlərin yaradıcısı Bakı Konqres Mərkəzində “Manifestum” adlı konsert keçirəcək.
Tədbir 2 aprel saat 20:00-21:20 arası təşkil olunacaq. Qiymətlər 20-80 manat arası dəyişir.