top
Məhkəmə hamilə arvadını öldürən şəxsin həbsini tibbi müalicəyə dəyişdirib
23 fevral 2022, 03:55
- ↺ +

Məhkəmə hamilə arvadını öldürən şəxsin həbsini tibbi müalicəyə dəyişdirib

Abşeron rayonunun Qobu qəsəbəsində hamilə yoldaşını qətlə yetirən narkotik istifadəçisi olan şəxsin mahkəmə prosesi yekunlaşıb. Bu haqda bu gün, 23 fevral tarixində İctimai TV məlumat yayıb.

2020-ci il aprelin 29-da Abşeron rayon prokurorluğuna Qobu qəsəbəsi Xoşgəldin yaşayış massivində yerləşən fərdi evdə hamilə vəziyyətdə olan Leyla Bəkirovanın çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində Leyla Bəkirovanın əri Anar Bəkirov şübhəli şəxs qismində saxlanılıb.

Dindirilmə zamanı Anar Bəkirov bildirib ki, 2014-cü ildə gələcək həyat yoldaşı ilə sosial şəbəkədə tanış olub. Bir müddət sonra məlum olub ki, gənclər bir-biri ilə qohumdurlar. Lakin buna baxmayaraq, üç ildən sonra, 2017-ci ildə onlar ailə həyatı qurublar.

Bəkirovun narkotik maddələri qəbul etməsindən sonra ailədə münaqişələr başlayıb. Münaqişələrin sonuncusu hamilə həyat yoldaşının öldürülməsinə səbəb oldu.

Təqsirləndirilən şəxsin qəribə hərəkətləri ilə bağlı ekspertiza təyin edilib. Tibb mütəxəssisləri onun anlaqsız olduğunu bildiriblər. Məhkəmə-narkoloji ekspertizanın rəyinə görə, Bəkirova asılılıq sindromu diaqnozu qoyulub.

Ekspertizanın rəyi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi həbs edilməmə barədə qərar çıxarıb. Anar Bəkirov qətli anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad olunub. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər görülüb.

Cütlüyün azyaşlı qız övladı qalıb.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
02 oktyabr 2026, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
02 oktyabr 2026, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
02 oktyabr 2026, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Oxşar xəbərlər