“Bakı” futbol klubunun keçmiş prezidenti, məşhur iş adamı Hafiz Məmmədov barəsində həbs qərarı verilib. Bu haqda BakuPlus Qafqazinfo-ya istinadən 27 yanvar tarixində xəbər verir.
“Hafka” kimi tanınan iş adamı barəsində faktiki rəhbəri olduğu müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınması üzrə cinayət işi açılıb.
Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.
Cinayət işi üzrə Dövlət Vergi Xidmətinin Yasamal istintaq şöbəsində zəruri istintaq tədbirləri davam etdirilir.