top
Məktəbə qayıdış: 2022 ildə uşağı məktəbə yollamaq neçəyə başa gəlir?
22 avqust 2022, 08:00
- ↺ +

Məktəbə qayıdış: 2022 ildə uşağı məktəbə yollamaq neçəyə başa gəlir?

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Ənənəyə görə, məktəbə hazırlıq son iki həftədən başlayır. Bu günlərdə valideynlər və şagirdlər özləri məktəb üçün lazım olan hər şeyi alaraq dərslərə hazırlaşırlar.

Bu il Bakı məktəblərində yeni məktəb forması tətbiq edilib, onu artıq satışda tapmaq olar. Bundan əlavə, valideynlər bütün lazımi dəftərxana ləvazimatlarını və yeni idman formasını almalı olacaqlar.

Dərs ili başlamazdan əvvəl ənənəvi məktəb yarmarkaları yaradılıb, burada pozandan tutmuş çantaya qədər hər şeyi almaq mümkündür. Yarmarkalar sentyabrın 25-nə kimi fəaliyyət göstərəcək. Məktəb əşyaları supermarketlərdə də artıq satışa çıxarılıb. Bəzi valideynlər ixtisaslaşdırılmış dəftərxana ləvazimatları mağazalarında alış-veriş etməyə üstünlük verirlər.

Bakuplus.az ixtisaslaşdırılmış yarmarkalarda, supermarket və dəftərxana ləvazimatları mağazalarında məhsul alarkən istehlak səbətinin dəyərini öyrənmək üçün 2022-ci ildə məktəbə hazırlığın nə qədərə başa gələcəyini hesablayıb.

Müqayisə məqsədilə ibtidai sinif şagirdləri üçün əsas ləvazimatlar seçilmişdir. Onların qiymətlərini “Gənclik” metrosunun yaxınlığındakı məktəb yarmarkasında, “Bravo” supermarketində və “Ofisait” dəftərxana ləvazimatları mağazasında öyrəndik.

Belə ki, məktəb çantası, 10 ədəd 12 vərəqli dəftər və dəftər üzlükləri, rəsm albomu, gündəlik, qələm, sadə karandaş, rəngli karandaş dəsti, flomaster dəsti, pozan, xətkeş, penal, qayçı, plastilin, rəngli kağız və yapışqandan ibarət olan dəst məktəbli yarmarkasında 39.5 manat, “Ofisait” mağazasında 36.45 manat təşkil edir. “Bravo” supermarketində ləvazimatları 39.44 manata almaq olar, lakin bu qiymətə gündəlik daxil deyil. Hazırda mağaza şəbəkəsində həmin məhsul mövcüd deyil.

[caption id="attachment_62769" align="alignnone" width="800"]2022 ildə uşağı məktəbə yollamaq neçəyə başa gəlir? Foto BakuPlus.az[/caption]

Daha öncə yeni məktəbli formasının qiymətləri də məlum olub - 3 və yaxud 4 elementdən ibarət olan geyim dəsti valideynlərə 55-65 manata başa gələcək. Lakin onu da qeyd edək ki, ötən ildən köhnə formada olan şagirdlər bu il onu dərslərə geyinə bilərlər.

İdman ayaqqabısı ilə birlikdə idman formasının qiyməti orta hesabla 50-60 manat təşkil edəcək.

Müəllimə dərslərin başlanması şərəfinə hədiyyə olaraq gül dəstəsi gətirmək Bakıda hörmətlə qarşılanan köhnə ənənədir. Məcburi olmasa da, bir çox valideynlər buna diqqət yetirirlər. Orta hesabla bir buket gül 20-50 manata başa gələcək.

Gül və məktəb ləvazimatlarının qiymətlərinin dərslərin başlanmasına yaxın artacağı gözlənilir. Mütəxəssislər başlanğıcda yalnız zəruri olanları almağı məsləhət görürlər, çünki ajiotaj keçdikdən sonra məktəb mallarının qiyməti 10-20 faiz ucuzlaşacaq.

Məktəb və idman formaları, dərs ləvazimatları və güllərdən ibarət komplekt bu il valideynlərə bir uşaq üçün 170-180 manata başa gələcək.

Son xəbərlər

Xəbər
Bu gün, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Bu gün, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Bu gün, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Bu gün, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Bu gün, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Dünən, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Dünən, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Dünən, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Xəbər
30 sentyabr 2026, 18:00

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib

Xəbər
30 sentyabr 2026, 17:36

İllik elektron pul köçürmələrində yeni hədd: aylıq 50 min manat - YENİLƏNİB

Xəbər
30 sentyabr 2026, 17:05

Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU

Xəbər
30 sentyabr 2026, 15:56

Bakıda yaşayan Diana Pakistanda təcavüzə məruz qaldı  - vətənə göndəriləcək

Xəbər
30 sentyabr 2026, 15:30

"Su günlərdir ki, boş-boşuna axır" - ŞİKAYƏT

Oxşar xəbərlər