Bu gün, 3 dekabr tarixində Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbin şagirdləri II Fəxri Xiyabanda dəfn olunan helikopter qəzasında həlak olan sərhədçilərin məzarlarını ziyarət ediblər. Bu haqda məlumat Bakuplus.az-a daxil olub.
Məktəblilər müəllimlərin və məktəbin nümayəndələrinin müşayiəti ilə Xiyabana gəliblər. Uşaqlar həlak olan sərhədçilərin məzarları üzərinə qərənfillər düzüblər.
30 noyabr tarixində “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin helikopteri təlim uçuşları zamanı qəzaya uğramışdır. Nəticədə 14 nəfər hərbçi həlak olmuş, 2 nəfər yaralanmışdır. Baş Prokurorluq hadisə ilə bağlı cinayət işi başladıb. Hərbçilər 1 dekabr tarixində II Fəxri Xiyabanda dəfn olunub.
Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbi Cəbrayıl rayonu erməni quldurları tərəfindən işğal edildikdən sonra 1994-cü ildə Yasamal rayonu Azərbaycan Texniki Universitetinin Hərbi Kafedrasının binasında, daha sonra, 2013-cü ildən ətibarən Qaradağ rayonu Müşfiq qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədə fəaliyyət göstərir.
[URIS id=18030]