Bakıda Müəllimlərin İşə Qəbulu Mərkəzi (MİQ) ödənişsiz seminarlara start verir. Bu haqda MİQ-in mətbuat xidməti məlumat yayıb.
MİQ Mərkəzi 1 aylıq müddətdə bütün ixtisaslar üzrə seminarlar təşkil edəcək.
Seminarlar həm ənənəvi, həm onlayn formatda keçiriləcək.
Yerlər məhdud olduğundan, seminarlarda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.
Qeydiyyatdan keçmək üçün mərkəzin instagram səhifəsindəki paylaşımın rəy bölməsinə yazmaq kifayətdir.