Bu gün, 14 dekabr axşam saatlarında Macarıstan Respublikasının Azərbaycandakı səfiri “Soyuq Əllər, İsti Ürək” yarmarkasında macar şirniyyatı təqdim edəcək. Şirniyyatı səfir Viktor Sederkenyi qonaqlara şəxsən paylayacaq.
Bakı sakinləri yarmarkada yerləşən “Yummy Truck”-a gələrək “Bal-nar-dost” adlanan şirniyyatı dada bilərlər.
71 evdən və 2 restorandan ibarət “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası hər gün saat 11:00-dan 23:00-dək 2022-ci ilin yanvar ayının 15-dək davam edəcək.