Bakıdakı ticarət və əyləncə mərkəzlərində Novruz bayramı ab-havası yaradılacaq. Bu haqda 18 mart tarixində Trend məlumat verib.
Gənclik Mall, 28 Mall, Port Baku Mall, Dəniz Mall, Şüvəlan Park Novruz bayramı ilə əlaqədar 20-24 mart tarixlərində qonaqlarına yaddaqalan proqram hazırlayıb.
Gənclik Mall-un proqramı:
- DJ performansı
- Şəkərbura, gül çələngləri, yumurta bəzəmə üzrə master-klaslar
- Milli geyimlərdə animatorlar, rollerlər, canlı musiqi performansı
- Qazandıran müsabiqələr
28 Mall-un proqramı:
- Canlı musiqi
- DJ performansı
- Alov şou, animatorlar
- Novruz falları
- Əyləncəli master-klaslar
- Face Art
- Hədiyyəli viktorinalar
Dəniz Mall-un proqramı:
- Canlı musiqi
- DJ performansı
- Milli geyimlərlə dalğıcların şousu
- Karikatura çəkimi
- Master-klas
Port Baku Mall-da isə bayram ilə əlaqədar yerli və xarici brendlərə məxsus məhsulların yarmarkası keçiriləcək.
Novruz şənlikləri 20-24 mart tarixlərində, saat 15:00 – 18:00 arasında baş tutacaq. Port Baku Mall-da təşkil olunacaq yarmarkanı isə 5 gün ərzində 10:00-dan 22:00-a qədər ziyarət etmək mümkün olacaq.