Bakıda 10 mart tarixində “Marketinq: A-dan Z-yə” mövzusunda görüş keçiriləcək. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Edumap-a istinadən məlumat verir.
Tədbir “Davam” Gənc Sahibkarlar klubunun təşəbbüsü ilə təşkil olunur. Təlimin spikeri dver.az və “PamPam Kreativ Butik”-in kreativ direktoru, tanınmış marketoloq, kopirayter, neyminq ustası, 150-yə yaxın şirkət və marka adının, habelə 200-ə yaxın sloqanın yaradıcısı Teymur Məmmədovdur.
Görüş saat 12:00-da Bakı Dayaq Mərkəzində baş tutacaq.
Qeydiyyatdan keçmək və əlavə məlumat üçün əlaqə nömrəsi: 050 319 90 45
Ünvan: Əbdülkərim Əlizadə 6/8, “Royce Rolls” salonu ilə üzbəüz, 2-ci mərtəbə.