Bakıda uşaq bağçasının direktoru operatoru həm təhqir edib, həm də təhdid. Bu haqda Oxu.az 7 yanvar tarixində xəbər verib.
Paytaxtın Xəzər rayonu Binə qəsəbəsindəki “Fatimə” uşaq bağçasının Esmira adlı direktoru bağçasında 15-ə yaxın şəhid ailəsinin olmasını əsas tutaraq çəkiliş üçün müraciət etdiyi operatorun pulunu vermək istəməyib.
Daha sonra operatoru təhqir edən direktor mayor bacısı olmasını qeyd edərək operatoru şantaj da edib.
[caption id="attachment_28731" align="alignnone" width="800"]
Foto Oxu.az[/caption]