Memarlıq və İnşaat Universitetində oxuyan bir qrup noyabrın 1-dən distant təhsilə keçib.
Oxu.az-a istinadən universitetdə magistratura pilləsində oxuyan bir tələbə koronavirusa yoluxub. Bu səbəbdən qrupda təhsil alan magistrantlar nəzarət altına alınıblar və qrup distant təhsilə keçib.
Əyani dərslər başlayandan indiyə qədər universitetdə ümumilikdə 7 qrup distant təhsilə keçmişdirlər və artıq əyani dərslərə geri dönüblər.