Metroda ölən Bakı Dövlət Universitetinin müəlliminin cibindən pul oğurlanıb. Bu haqda 13 dekabr tarixində Oxu.az məlumat verib.
Dekabrın 9-da metroda ürəktutmasından vəfat edən müəllimin Əhməd Babayevin cibindən oğurluq olunub. Bu haqda mərhumun bacısı qızı sosial şəbəkədə paylaşım edərək xəbər verib.
“Anında istifadə edib cibindəki pulları oğurlayan insanlar görəsən dərk edirlərmi ki, onu geri qaytarmaq üçün o pulların 100 qatını verməyə razıyıq?”- o, paylaşımda qeyd edib.
72 yaşında dünyasını dəyişən Ə.Babayev 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 65-dən çox elmi əsərin, iki metodiki vəsaitin müəllifi olub.