12 mart tarixində Milli Xalça Muzeyində “Dekorativ-tətbiqi sənətdə miniatür motivləri” adlı mühazirə keçiriləcək. Bu haqda məlumat bu gün, 9 mart tarixində muzeyin rəsmi Facebook səhifəsində yayılıb.
Mühazirə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev tərəfindən təqdim olunacaq. Görüş zamanı miniatürün yaranma tarixi, onun Azərbaycan dekorativ-tətbiqi sənətində yeri və rolu barədə ətraflı məlumat veriləcək.
Yerlərin məhdud olduğuna görə qeydiyyatdan öncədən keçmək lazımdır.
Qeydiyyat linki: https://forms.gle/ULqxroScbjqtf4ha6
Mühazirə 12 mart, saat 16:00-da Azərbaycan Milli Xalça Muzeyinin binasında baş tutacaq.