9 yanvar tarixində Bakıda “Muzeyin kolleksiyaları necə qorunur?” adlı ustad dərsi keçirilib. Bu haqda Azərtac xəbər verib.
Milli Xalça Muzeyində sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanovanın 65 illik yubileyi münasibətilə ustad dərsi təşkil olunub. Master-klas sənətşünasın özü tərəfindən keçirilib.
İştirakçılara muzeyin kolleksiyasındakı xalça məmulatları, bədii metal, parça, geyim, tikmə, çini, şüşə, ağac, kağız və zərgərlik məmulatlarının qorunub saxlanılması məsələləri barədə ətraflı məlumat verilib.
Mira Məmmədxanovanın bu sahədə 30 ildən artıq təcrübəsi var.