Yevlax rayonunda itkin düşən 13 yaşlı qız Bakıda tapılıb. Bu haqda bu gün, 21 dekabr tarixində APA məlumat yayıb.
Elçin Mustafayev, qardaşı qızı Nuray Mustafayevanı qaçırdaraq Bakıya gətirdiyi məlum olub. Hər iki şəxs paytaxt ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Azyaşlının, qohumu tərəfindən cinsi zorakılığa məruz qaldığı ehtimal olunur.
Faktla bağlı cinayət işi başalanılıb.
13 dekabr tarixində Yevlax rayonunda 13 yaşlı N.Mustafayeva evdən çıxıb və geri qayıtmamışdır.